Kreml: Putin və Zelenski arasında görüş münaqişənin həllində son nöqtə

Kreml: Putin və Zelenski arasında görüş münaqişənin həllində son nöqtə

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna liderləri arasında mümkün görüşə münasibət bildirib.

Redaksiya xəbər verir ki, Peskov Vladimir Putin və Volodimir Zelenski arasında baş tuta biləcək görüşün Ukrayna münaqişəsinin tənzimlənməsində son mərhələ ola biləcəyini qeyd edib.

“Bu görüş həm prosesə nöqtə qoya, həm də əldə ediləcək razılaşmaları rəsmiləşdirə bilər,” – deyə Peskov bildirib. O, bununla belə əlavə edib ki, bu qədər mürəkkəb bir prosesi cəmi 30 gün ərzində başa çatdırmaq real görünmür.

Xatırladaq ki, daha əvvəl Ukrayna tərəfi avqust ayında Putin və Zelenskin iştirakı ilə beynəlxalq səviyyəli sammitin keçirilməsini təklif etmişdi. Görüşün formatı və konkret yeri ilə bağlı hələlik rəsmi razılaşma yoxdur.

Sevinc Kərimova