Yeni nəsil süni intellekt texnologiyası — Neural Agent — kompüterinizdə istənilən vəzifəni yerinə yetirməyə qadirdir: fayl axtarışından brauzerdə işləməyə, formaları doldurmaqdan e-poçt göndərməyə qədər.
Redaksiya xəbər verir ki, bu ağıllı agent sizin gündəlik rutin işlərinizi tam avtomatlaşdırır. Siz yaradıcılıqla məşğul olduğunuz zaman, yeni tətbiqlər dizayn etdiyiniz və ya kod yazdığınız müddətdə, o, sizin əvəzinizə:
• Faylları axtarır və seçir
• Gününüzü planlaşdırır
• Layihə ilə bağlı istənilən sualı axtarış sistemlərində tapır
Neural Agent-in daxilində hazırda ən məşhur olan süni intellekt modelləri yerləşdirilib: Claude, OpenAI GPT-4, Azure və Bedrock.
Agent kompüterinizin interfeysinə tam inteqrasiya olunur — sadəcə kiçik ünvan sahəsinə sorğunuzu yazırsınız və nəticəni saniyələr içində əldə edirsiniz.
Quraşdırma isə çox sadədir — istənilən istifadəçi, hətta məktəbli belə, onu rahatlıqla öz kompüterinə yükləyə bilər. Tərtibatçılar bunun üçün detallı təlimat da təqdim ediblər.
Sizin super köməkçiniz artıq işə başlamağa hazırdır - buradan endirin.
Fərid Əlizadə
