Kolumbiya Prezidenti Qustavo Petro CNN-ə açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Venesuelaya təzyiqləri demokratiya və ya narkotiklərlə mübarizə ilə bağlı deyil, ölkənin geniş neft ehtiyatlarına çıxış əldə etmək məqsədi daşıyır.
Redaksiya məlumat verir ki, Petro Venesuelanın böyük narkotik istehsalçısı olmadığını vurğulayıb və Tramp administrasiyasının siyasətlərinin şəxsi siyasi ziddiyyətlər fonunda formalaşdığını qeyd edib. O əlavə edib ki, ona qarşı tətbiq edilən sanksiyalar və vizanın ləğvi də bu siyasi mübahisələrdən qaynaqlanır.
Petronun sözlərinə görə, Vaşinqtonun regional siyasəti iqtisadi maraqlar üzərində qurulur və bu yanaşma region ölkələri üçün mənfi nəticələr yaradır. O, ABŞ ilə münasibətlərdə daha şəffaf və qarşılıqlı hörmətə əsaslanan siyasətin vacibliyini vurğulayıb.
