Kolumbiya prezidenti İsrailə kömür daşıyan gəmilərin qarşısını almağı əmr etdi

Kolumbiya prezidenti İsrailə kömür daşıyan gəmilərin qarşısını almağı əmr etdi

Sevinc Kərimova · Siyasət ·

Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzadakı hərbi əməliyyatlarına cavab olaraq kəskin qərar verib.

Redaksiya xəbər verir ki, Petro baş komandan olaraq ölkə ordusuna İsrailə kömür daşıyan gəmilərin qarşısını almağı əmr edib. O, bu qərarı Qəzzada fələstinlilərə qarşı həyata keçirilən hərbi əməliyyatları “soyqırım” adlandıraraq əsaslandırıb.

“Soyqırım həyata keçirən bir dövlətlə əməkdaşlıq etməyəcəyik,” – deyə Petro bəyan edib.

Kolumbiya prezidenti daha əvvəl də İsrailin hərəkətlərini tənqid edib və bu ölkə ilə diplomatik əlaqələrin dondurulacağını istisna etməmişdi. Yeni qərar iki ölkə arasında münasibətlərin daha da gərginləşəcəyinə işarə edir.

Sevinc Kərimova