Klinton ABŞ-ın gizli tibbi təcrübələrini etiraf etmişdi

Klinton ABŞ-ın gizli tibbi təcrübələrini etiraf etmişdi

Sevinc Kərimova · Media ·

ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1995-ci ildə hökumətin Soyuq müharibənin ilk illərində insanlar üzərində gizli tibbi və radiasiya təcrübələri apardığını etiraf etmişdi.

Redaksiya məlumat verir ki, Klinton həmin dövrdə bəzi şəxslərə plutonium vurulduğunu və insanların yüksək radiasiya təsirinə məruz qoyulduğunu bildirib.

Onun sözlərinə görə, aldatma yalnız təcrübə iştirakçıları ilə məhdudlaşmayıb, onların ailələrini və bütövlükdə Amerika xalqını da əhatə edib.

Klinton bu təcrübələrin uzun illər məxfi saxlanıldığını və hökumətin bu addımlarına görə məsuliyyət daşımalı olduğunu vurğulamışdı.

Məsələ ABŞ hökumətinin keçmişdə razılıq olmadan aparılmış tibbi araşdırmaları və insan hüquqları pozuntuları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.