Kiyev Rusiyanın xeyrinə heç bir ərazi güzəştini qəbul etməyəcək

Kiyev Rusiyanın xeyrinə heç bir ərazi güzəştini qəbul etməyəcək

Sevinc Kərimova · Siyasət ·

Financial Times yazır ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyi dəyişməz olaraq qalır — Kiyev yalnız atəşkəsin təmin olunmasından sonra sülh prosesinin növbəti mərhələlərinə hazır olacaq. Ukrayna hakimiyyət orqanlarının hazırladığı sənəddə bu, tammiqyaslı sülh razılaşmasına aparan ilkin addım kimi göstərilir.

Redaksiya xəbər verir ki, sənəddə ABŞ-la təhlükəsizlik zəmanətləri müqabilində iri miqyaslı sazişlərin imzalanacağı qeyd olunub. Belə ki, Kiyev Vaşinqtondan 100 milyard dollar dəyərində silah alacaq. Eyni zamanda Ukrayna şirkətlərinin ABŞ-la birlikdə pilotsuz uçuş aparatları istehsalına dair 50 milyard dollarlıq müqavilə imzalayacağı bildirilir.

Məlumata görə, Ukrayna həmçinin münaqişəyə görə Rusiyadan kompensasiyaların alınmasında israrlıdır. Bu məsələ gələcək danışıqlarda Kiyevin əsas tələblərindən biri kimi irəli sürüləcək.

Sevinc Kərimova