Kiprdə israillilərə qarşı hücum planı ifşa edildi: SEPAH-ın azərbaycanlı agenti saxlanıldı

Kiprdə israillilərə qarşı hücum planı ifşa edildi: SEPAH-ın azərbaycanlı agenti saxlanıldı

Sevinc Kərimova · Dünya ·

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsin Kiprdə israillilərə qarşı planlaşdırdığı hücumun qarşısı alınıb. Hücumun qarşısı “xarici mənbədən alınan kəşfiyyat məlumatı” sayəsində vaxtında ifşa edilib.

Redaksiya xəbər verir ki, bu haqda İsrailin Kanal 14-ü məlumat yayıb. Saxlanılan şəxs Böyük Britaniya vətəndaşı olan, azərbaycanlı mənşəli İranlıdır. Onun adada olduğu müddətdə Britaniya hərbi bazalarını izlədiyi və bu müşahidələrin videoya çəkildiyi müəyyən edilib.

Kipr rəsmiləri bu cəhdin qarşısının alınmasında beynəlxalq kəşfiyyat əməkdaşlığının mühüm rol oynadığını bildiriblər. Hadisə, İsrailin xaricdəki vətəndaşlarına qarşı real təhlükənin mövcud olduğunu bir daha ortaya qoyur.

Sevinc Kərimova