"Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC (Kəpəz TV) nizamnamə kapitalını 2 dəfə azaldaraq 220 manatdan 110 manata endirdiyini elan edib.
Redaksiya bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 1 ay müddətində Gəncə şəhəri, Cavad Rəfibəyli küçəsi, ev 66 ünvanına müraciət edə bilərlər.
Xatırladaq ki, Kəpəz TV 1993-cü ildə yaradılıb, regional televiziya yayımçısıdır.

Kəpəz TV nizamnamə kapitalını 2 dəfə azaldır
Aytac Dəniz · İqtisadiyyat ·