Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampa sərt mesaj ünvanlayıb.
Redaksiya xəbər verir ki, Medvedev Trampın keçmişdəki “əxlaqsızlıqlarına” işarə edərək onun haqqında kompromat materialların yalnız İsrailin kəşfiyyat xidməti Mossad-ın əlində olduğunu düşünməməyə çağırıb.
“Tramp keçmişdəki əxlaqsızlıqlarına dair video arxivinin təkcə Mossad-ın əlində olduğunu zənn etməsin,” — deyə Medvedev bildirib.
Medvedevin bu açıqlaması iki siyasətçi arasında artan gərginliyin və son günlər qarşılıqlı ittihamların yeni mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir. Trampın Rusiya ilə bağlı sərt mövqeyi, xüsusilə Ukrayna münaqişəsi kontekstində atdığı addımlar Moskvada ciddi narazılıq doğurub.
Sevinc Kərimova
