Karni: Kanada satılmır. Tramp: Heç vaxt, heç vaxt demə

Karni: Kanada satılmır. Tramp: Heç vaxt, heç vaxt demə

Sevinc Kərimova · Dünya ·

ABŞ Prezidenti Donald Tramp ilə Kanada Baş naziri Mark Karni arasında Ağ Evdə baş tutan görüşdə ən çox diqqət çəkən məqam Trampın Kanadanın ABŞ-ın “51-ci ştatı” olması təklifi ilə çıxış etməsi olub.

Redaksiya xəbər verir ki, rəsmi məlumata görə, Tramp görüş zamanı məsələni yumor çaları ilə dilə gətirsə də, bu ifadələr ictimaiyyətdə geniş rezonans doğurub. O, “Heç vaxt, heç vaxt demə” ifadəsi ilə Kanadanın bir gün ABŞ-a birləşə biləcəyi ehtimalını açıq qoyduğunu bildirib.

Kanada Baş naziri Mark Karni isə cavabında mövqeyini qəti şəkildə ortaya qoyub: “Kanada satılmır və heç vaxt da satılmayacaq.”

Görüşdə həmçinin iki ölkə arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələləri müzakirə edilib. Lakin “51-ci ştat” açıqlaması medianın və sosial şəbəkələrin əsas gündəminə çevrilib.

Mövzu, Şimali Amerika siyasətində zaman-zaman təkrarlanan, lakin heç vaxt ciddiyə alınmayan “birlik” fikrinin daha bir nümunəsi kimi dəyərləndirilir. Hazırda Ottavadan bu təklifə dair rəsmi diplomatik reaksiya gözlənilir.

Sevinc Kərimova