Kamçatkada yenidən güclü zəlzələ və vulkan püskürməsi baş verib – VİDEO

Kamçatkada yenidən güclü zəlzələ və vulkan püskürməsi baş verib – VİDEO

Sevinc Kərimova · Hadisə ·

Rusiyanın Kamçatka Yarımadasında 6.8 bal gücündə zəlzələ qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanlardan sonra bölgədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.

Redaksiya xəbər verir ki, bununla yanaşı, Kamçatkanın şərqində yerləşən Kraseninnikov vulkanı da uzun illərdən sonra yenidən aktivləşib. Mütəxəssislər bildiriblər ki, sözügedən vulkan təxminən 600 illik fasilədən sonra ilk dəfə püskürüb.

Hazırda ərazidə seysmoloji və vulkanoloji müşahidələr gücləndirilib, əhali təxliyə planlarına uyğun olaraq məlumatlandırılır. Təhlükəsizlik tədbirləri çərçivəsində bölgədə hava nəqliyyatına da məhdudiyyətlər tətbiq edilib.

Sevinc Kərimova