Kamçatkada 7,1 bal gücündə zəlzələ, sunami təhlükəsi

Kamçatkada 7,1 bal gücündə zəlzələ, sunami təhlükəsi

Sevinc Kərimova · Hadisə ·

Hadisənin episentri Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatsk şəhər dairəsindən 114 kilometr məsafədə yerləşib. Əhali arasında təxliyə aparılmayıb.

Redaksiya xəbər verir ki, vilayətin qubernatoru Vladimir Solodov sunami təhlükəsi elan olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Şimal-Quril rayonuna aid Paramuşir və Şumşu adalarına hündürlüyü 0,5 metrədək olan dalğanın yaxınlaşacağı proqnozlaşdırılır.

Hazırda fövqəladə xidmətlər ərazidə vəziyyəti izləyir, əhaliyə isə rəsmi xəbərdarlıqlara diqqət yetirmələri tövsiyə olunub.