ABŞ-ın tanınmış siyasətçisi, keçmiş prezidentliyə namizəd Kamala Harris 2026-cı ildə keçiriləcək Kaliforniya ştatının qubernatoru seçkilərində namizəd olmayacağını bəyan edib.
Redaksiya xəbər verir ki, Harris bu barədə iyulun 30-da verdiyi açıqlamada bildirib. O qeyd edib ki, doğulub boya-başa çatdığı Kaliforniya onun üçün xüsusi önəm daşıyır və uzun müddət bu vəzifəyə namizədliyini irəli sürməyi düşündüyünü gizlətmir. Lakin geniş düşüncə və məsləhətləşmələrdən sonra seçkilərdə iştirak etməmək qərarına gəlib.
Kamala Harris əlavə edib ki, ölkə üzrə Demokrat Partiyasının fəaliyyətini dəstəkləməyə və müxtəlif təşəbbüslərlə ictimai xidmətini davam etdirməyə sadiq qalacaq. Onun bu qərarı Kaliforniya siyasətində qubernatorluğa iddialı digər namizədlərin, o cümlədən Eleni Kunalakis, Keti Porter və Xavyer Beserranın yolunu açır.
Analitiklər Harris-in qərarını ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak planları ilə əlaqələndirirlər.
Sevinc Kərimova
