Kaliforniya qubernatorundan Trampa: “Əsgərləri yerdə yatmağa məcbur edirsiniz” – FOTO

Kaliforniya qubernatorundan Trampa: “Əsgərləri yerdə yatmağa məcbur edirsiniz” – FOTO

Sevinc Kərimova · Dünya ·

Kaliforniya ştatının qubernatoru Qavin Nyusom prezident Donald Trampı əsgərlərə qarşı hörmətsizlikdə ittiham edib. Sosial şəbəkə platforması X üzərindən etdiyi paylaşımda Nyusom bildirib ki, Trampın Kaliforniyaya göndərdiyi federal əsgərlər yanacaq, yemək, suyerləşəcək yer təmin edilmədən ştata gətirilib.

Redaksiya xəbər verir ki, Nyusom paylaşımında sözlərinə əlavə edib: “Budur onların vəziyyəti — bir-birinin üstünə yığılıb yerdə yatmağa məcbur edilirlər. Əgər kiminsə əsgərlərimizə hörmətsizlik etdiyini deyəcəksinizsə, bu, məhz sizsiniz, Donald Tramp.”

Bu bəyanat Tramp administrasiyasının Kaliforniyada baş verən iğtişaşlara qarşı əlavə federal qüvvələr göndərməsi fonunda verilib və ABŞ-da dövlət və federasiya arasındakı gərgin münasibətləri bir daha gündəmə gətirib.

Sevinc Kərimova