İtaliya qırğınlara və aclıq böhranına artıq göz yummayacağını bəyan edib

İtaliya qırğınlara və aclıq böhranına artıq göz yummayacağını bəyan edib

Sevinc Kərimova · Siyasət ·

İtaliya baş naziri Corcia Meloni Fələstin məsələsinə dair mövqeyini bir daha açıqlayıb.

Redaksiya xəbər verir ki, Meloni Fələstin dövlətinin yaradılmasını “güclü şəkildə dəstəklədiyini” bəyan edib, lakin hələ qurulmamış və hüquqi əsasları müəyyən olunmamış bir dövləti tanımağın düzgün olmadığını bildirib.

“Fələstin dövlətinin yaranması sülh prosesinin bir hissəsi olmalıdır. Amma bu proses tamamlanmadan birtərəfli tanınma, münaqişəyə həll gətirməz,” – deyə Meloni qeyd edib.

İtaliya hökuməti həmçinin Qəzzada baş verən qırğınlara və aclıq böhranına artıq göz yummayacağını bəyan edib. Rəsmi Roma beynəlxalq hüququn pozulduğunu bildirərək bölgədə dərhal atəşkəs və humanitar yardım yollarının açılmasını tələb edir.

İtaliyanın bu mövqeyi, Fransa və İspaniya kimi ölkələrin Fələstini tanımağa hazırlaşdığı bir dövrdə daha ehtiyatlı, amma humanitar prinsiplərə əsaslanan xətt kimi dəyərləndirilir.

Sevinc Kərimova