İsveçrə Putinə sülh konfransında diplomatik immunitet verə bilər

İsveçrə Putinə sülh konfransında diplomatik immunitet verə bilər

Sevinc Kərimova · Siyasət ·

İsveçrənin mümkün sülh konfransında Rusiya prezidenti Vladimir Putinə diplomatik toxunulmazlıq tanıya biləcəyi açıqlanıb. Bildirilir ki, bu addım danışıqların baş tutması üçün hüquqi çərçivə formalaşdırmağa xidmət edir.

Redaksiya xəbər verir ki, İsveçrə xarici işlər naziri İqnazio Kassis bəyan edib: əgər Putin Ukraynaya dair sülh konfransında iştirak edərsə, o, məhkəmə məsuliyyətindən müvəqqəti azad olunacaq. Nazir əlavə edib ki, bu, beynəlxalq danışıqlar prosesində tərəflərin iştirakını təmin etmək üçün vacib addımdır.

Qərar, Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında çıxardığı həbs qərarına baxmayaraq, diplomatik səviyyədə kompromis imkanlarının yaradılması məqsədi daşıyır. Rəsmi Bern hesab edir ki, yalnız geniş formatlı iştirakla davamlı sülhün təmin olunması mümkündür.

Siyasi müşahidəçilərin fikrincə, İsveçrənin bu mövqeyi həm hüquqi, həm də diplomatik müstəvidə mübahisələr doğura bilər. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, praktiki baxımdan bu qərar prosesin irəliləməsi üçün mühüm şərt ola bilər.

Sevinc Kərimova