İsveçin Baş naziri Ulf Kristersson Ukraynaya dəstək məsələsində sərt açıqlama verib.
Redaksiya xəbər verir ki, Kristersson İsveçin Ukraynaya Rusiyanın ərazisindəki hədəflərə qarşı dron əməliyyatlarında mümkün qədər kömək etməli olduğunu bildirib.
Onun sözlərinə görə, Ukraynanın özünü müdafiə hüququ var və Qərb ölkələri Kiyevə lazım olan imkanları təqdim etməyə davam etməlidir.
Açıqlama Ukraynanın son aylarda Rusiyanın dərinliklərində yerləşən hərbi və enerji obyektlərinə dron hücumlarını artırdığı dövrdə səsləndirilib.
Moskva isə Qərb ölkələrinin bu cür dəstəyini müharibədə birbaşa iştirak kimi qiymətləndirə biləcəyini bildirir.
İsveç NATO-ya qoşulduqdan sonra Ukraynaya hərbi və təhlükəsizlik dəstəyini daha da genişləndirib.
