İsveçin baş naziri Ulf Kristersson beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı açıqlama verərək, son geosiyasi hadisələrin digər dövlətlər üçün təhlükəli presedent yarada biləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Ulf Kristerssonun sözlərinə görə, Maduroya qarşı atılan addımlar dünyaya eyni düşüncə tərzinə malik olan digər aktorları təşviq edə bilər və bu, beynəlxalq nizam üçün ciddi nəticələr doğura bilər.
Baş nazir qeyd edib ki, Rusiya artıq Ukraynanı ayrıca dövlət kimi deyil, öz təsir dairəsinin bir hissəsi kimi görür və bu yanaşma regional təhlükəsizliyi zəiflədir.
O, eyni zamanda Çinin Tayvanı ələ keçirməyə hazır olduğuna dair siqnallar verdiyini vurğulayaraq, qlobal güclər arasında artan gərginliyin diqqətlə izlənməsinin vacibliyini önə çəkib.
