İstanbul bu həftə bir daha diplomatiyanın mərkəzinə çevrilir

İstanbul bu həftə bir daha diplomatiyanın mərkəzinə çevrilir

Sevinc Kərimova · Siyasət ·

İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqları bu cümə günü İstanbulda keçiriləcək.

Redaksiya xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı Avropa “E3” ölkələri ilə danışıqların məqsədi qarşılıqlı öhdəliklərin bərpası və bölgədə gərginliyin azaldılmasıdır.

Bununla paralel olaraq, Rusiya və Ukrayna arasında yeni mərhələyə keçməsi gözlənilən atəşkəs və humanitar dəhliz müzakirələrinin də bu həftə İstanbulda baş tutması planlaşdırılır.

Diplomatik mənbələrə görə, Türkiyə tərəfi hər iki danışıqlar masasını təmin etməklə beynəlxalq vasitəçilik rolunu gücləndirməkdədir. Danışıqların nəticələri həm Yaxın Şərq, həm də Şərqi Avropa üçün mühüm əhəmiyyət daşıyır.

Sevinc Kərimova