Yəmənin husiləri təsdiqləyib ki, İsrailin bu həftə paytaxt Sənaya endirdiyi hava zərbəsi nəticəsində qrupun hökumət başçısı Əhməd ər-Rəhavi həlak olub.
Redaksiya Al Jazeera-ya istinadla xəbər verir ki, hücum cümə axşamı baş verib. Əhməd ər-Rəhavi ilə yanaşı bir neçə nazirin də öldüyü bildirilib. Husilər əlavə təfərrüat açıqlamayıb.
İsrail ordusu bəyan edib ki, Sənada “husi terror rejiminə məxsus hərbi obyekt” hədəfə alınıb. Bu hücum İsrailin Qəzzadakı müharibəsi fonunda bölgədə gərginliyin artdığı bir vaxtda həyata keçirilib.
Son aylar ərzində husilər İsrailə və Qırmızı dənizlə Ədən körfəzində Qərb gəmilərinə hücumlar həyata keçirib. Onlar bunu Qəzzada fələstinlilərə dəstəyin göstəricisi kimi təqdim edirlər.
Sevinc Kərimova
