İsrailin Qətərə hücumundan sonra Misir “Ərəb NATO-su” təşəbbüsü ilə çıxış edib

İsrailin Qətərə hücumundan sonra Misir “Ərəb NATO-su” təşəbbüsü ilə çıxış edib

Sevinc Kərimova · Hərbi ·

İsrailin Qətərə endirdiyi hava zərbəsindən sonra bölgədə yeni diplomatik proseslər sürətlənib. Misir rəhbərliyi ərəb ölkələri arasında kollektiv müdafiə mexanizmi formalaşdırmaq üçün addımlar atmağa başlayıb.

Redaksiya Kanal 13-ə istinadla xəbər verir ki, Qahirənin irəli sürdüyü “Ərəb NATO-su” təşəbbüsü regional təhlükəsizliyi möhkəmləndirmək və hər hansı xarici təhdidlərə qarşı vahid mövqe nümayiş etdirmək məqsədi daşıyır.

Məlumata görə, Misir artıq bir sıra ərəb dövlətləri ilə ilkin danışıqlara başlayıb və bu təşəbbüsün yaxın vaxtlarda konkret struktur və fəaliyyət mexanizmi ilə təqdim ediləcəyi gözlənilir.