Almaniyanın kansleri Fridrix Mers bəyan edib ki, İsrail hazırda İranla bağlı olaraq beynəlxalq ictimaiyyətin adından “çirkli işi” həyata keçirir. O bildirib ki, əgər İran geri addım atmasa, onun nüvə proqramının tamamilə məhv edilməsi gündəmə gələcək.
Redaksiya xəbər verir ki, kansler Mers bu fikirləri Almaniya mətbuatına verdiyi açıqlamada səsləndirib. O, eyni zamanda İsrail ordusunun bu işi təkbaşına yerinə yetirməkdə çətinlik çəkdiyini bildirib: “Onlar bu işi bacarmır, çünki lazım olan silahlar onlarda yoxdur. Amma amerikalılar bu silahlara malikdir.”
İsrailin maliyyə naziri Betsalel Smotriç isə Almaniya kanslerinin bu sözlərinə dəstək verərək, “İsrail həqiqətən də bütün dünya adından çirkli işi görür” açıqlaması ilə Mersin fikirlərini təsdiqləyib.
Sevinc Kərimova
