İsrail Xarici işlər naziri telefon nömrəsinin ifşa edildiyini açıqladı

İsrail Xarici işlər naziri telefon nömrəsinin ifşa edildiyini açıqladı

Sevinc Kərimova · Siyasət ·

Dünyanın müxtəlif ölkələrindən olan islamçı-cihadçı qruplar şəxsi telefonuma zəng edərək təhqiramiz mesajlar və hədələr göndərirlər.

Redaksiya İsrail Xarici işlər naziri İsrael Katz-ın X platformasındakı paylaşımına istinadla xəbər verir ki, o, bu təhdidlərə baxmayaraq geri çəkilməyəcəyini vurğulayıb.

İsrael Katz əlavə edib ki, ona qarşı edilən təzyiqlər heç bir nəticə verməyəcək və o, “terror rəhbərlərinin zərərsizləşdirilməsi barədə göstərişlər verməyə davam edəcək”.