İsrail və Suriyadakı son vəziyyət

İsrail və Suriyadakı son vəziyyət

Sevinc Kərimova · Siyasət ·

Süveyda bölgəsində gərginlik artmaqdadır. İsrailə məxsus pilotsuz uçuş aparatlarının Druzilərə dəstək məqsədilə Vulğa kəndini hədəfə aldığı iddia edilir. Eyni zamanda bölgədə ərəb tayfalarının irəliləyişi müşahidə olunur.

Redaksiya xəbər verir ki, İsrail ordusu bu məlumatları təkzib edərək Süveyda ətrafına heç bir hücum həyata keçirmədiklərini bildirib. Şam şəhərində isə güclü partlayış səsləri eşidilib. Yerli mənbələrin məlumatına görə, vəziyyət hələlik qeyri-müəyyən olaraq qalır.

Suriya prezident administrasiyasından verilən açıqlamada bildirilir ki, dövlət başçısı Əhməd Şara cənubdakı hadisələrlə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Türkiyə Prezidenti və Qətər Əmiri ilə telefon əlaqəsi saxlayıb. Bildirilib ki, İsrailin Suriyanın daxili işlərinə yönəlmiş açıq müdaxilələri ölkədəki xaosu daha da dərinləşdirir və regional vəziyyəti mürəkkəbləşdirir.

ABŞ Dövlət Departamenti isə bəyan edib ki, Suriyada sakitlik, inteqrasiya və firavan gələcək üçün əsas məsuliyyəti Dəməşq rəhbərliyi daşımalıdır.

Sevinc Kərimova