ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə Suriya prezidenti Əhməd Şaraa arasında atəşkəs razılaşması əldə olunub.
Redaksiya xəbər verir ki, Barrak öz X hesabındakı yazıda qeyd edib ki, bu tarixi uzlaşma Vaşinqtonun vasitəçiliyi ilə baş tutub və razılaşmanı Türkiyə, İordaniya və digər region ölkələri də dəstəkləyib.
Sazişin əsas məqsədi bölgədə artan gərginliyi azaltmaq, xüsusilə də Cənubi Suriya istiqamətində zorakılıqların qarşısını almaqdır. Diplomatik mənbələr bu razılaşmanı Yaxın Şərqdə yeni sabitlik mərhələsinin başlanğıcı kimi dəyərləndirir.
Sevinc Kərimova
