Beynəlxalq sularda Qlobal Sumud Konvoyuna hücum edən İsrailin dəniz qüvvələri ümumilikdə 44 gəmidən 21-nə müdaxilə edib. Konvoy Qəzzaya doğru hərəkət edərkən hadisə baş verib.
Redaksiya xəbər verir ki, həmin gəmilərdə olan 223-dən çox beynəlxalq aktivist saxlanılıb. Onlar müxtəlif ölkələrdən Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə bu missiyaya qoşulmuşdular.
Hadisə beynəlxalq aləmdə geniş rezonans doğurub. Ekspertlər bu addımın İsrailin blokada siyasətini daha da sərtləşdirdiyini bildirirlər və konvoyun qarşısının alınmasının humanitar vəziyyəti ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.
