İsrail Qəzzaya humanitar yük daşıyan gəmilərə beynəlxalq sularda müdaxilə etdi

İsrail Qəzzaya humanitar yük daşıyan gəmilərə beynəlxalq sularda müdaxilə etdi

Sevinc Kərimova · Cəmiyyət ·

İsrail dəniz qüvvələri Qəzzaya istiqamətlənən beynəlxalq “Sumud” adlı gəmi karvanını saxlayaraq əməliyyata başlayıb. İsrail Baş Naziri Benyamin Netanyahu hərbi donanmaya “heç bir gəminin Qəzzaya çatmasına icazə verilməməsi” göstərişini verdiyini bəyan edib.

Redaksiya xəbər verir ki, İsrail Yayım İdarəsi donanmanın əməliyyata başladığını, “Alma” və “Sirus” gəmilərindəki sərnişinlərin isə saxlandığını açıqlayıb. İsrail Dəniz Qüvvələri əməliyyatın davam etdiyini bildirib. İtaliya Müdafiə Naziri gəmi və qayıqların Aşdod limanına aparılacağını söyləyib, Xarici İşlər Nazirliyi isə İsrailin zorakılıqdan istifadə olunmayacağı barədə zəmanət verdiyini açıqlayıb. İsrail gəmidəkilərə "geri dönün" çağırışı edib.

Türkiyəli aktivist Semanur Sönməz canlı yayımda “Hamınızı Allah’a əmanət edirəm. Qəzzanı unutmayın. Fələstini unutmayın” sözlərini deyərək telefonların dənizə atılmasını deyib və yayımı sonlandırıb. Hadisə beynəlxalq sularda humanitar yardımın qarşısının alınması ilə bağlı yeni mübahisələrə səbəb olub.