İsrail kabineti Netanyahunun Qəzzanın tam işğalı planını təsdiqləyib

İsrail kabineti Netanyahunun Qəzzanın tam işğalı planını təsdiqləyib

Sevinc Kərimova · Siyasət ·

İsrail Demokratik Partiyasının lideri Yair Qolan bildirib ki, Baş Qərargah rəisi Eyal Zamirin bütün xəbərdarlıqlarına baxmayaraq, kabinetin qəbul etdiyi bu qərar gələcək nəsillər üçün fəlakət, girovlar üçün isə ölüm hökmüdür.

Redaksiya xəbər verir ki, Qolan, Netanyahu hökumətinə qarşı mübarizəni gücləndirməyin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, mövcud hakimiyyətin devrilməsi insanların həyatını xilas edə bilər.

Siyasi müşahidəçilər hesab edirlər ki, Qəzzanın tam işğalı ilə bağlı qərar regionda gərginliyi daha da artıracaq və İsrailin beynəlxalq aləmdə mövqeyinə ciddi təsir göstərəcək.

Sevinc Kərimova