İsrail hökuməti Qüdsün şərqində məskunlaşmaya rəsmən icazə verdi

İsrail hökuməti Qüdsün şərqində məskunlaşmaya rəsmən icazə verdi

Sevinc Kərimova · Siyasət ·

İsrail hökuməti Qüdsün şərqində yerləşən E1 bölgəsində rəsmi olaraq yeni yaşayış məskənlərinin inşasına icazə verib.

Redaksiya xəbər verir ki, İsrail mediası Haaretz qəzetinin məlumatına görə, bu qərar bölgədə vəziyyəti daha da gərginləşdirəcək və beynəlxalq reaksiyalara səbəb olacaq.

İsrailin maliyyə naziri Betsalel Smotriç açıqlamasında bildirib: “Fələstin dövləti silinir.”

Qərarın bölgədə sülh prosesinə və iki dövlətli həll imkanına ciddi mənfi təsir göstərəcəyi vurğulanır.

Sevinc Kərimova