İsrailin Qətərə hücumdan öncə Türkiyədə yerləşən yüksək vəzifəli Həmas liderlərini vurmağı planlaşdırdığı bildirilib. Lakin Ankara NATO üzvü olduğu üçün bu niyyət həyata keçirilməyib və nəticədə hücum Qətərə yönəlib.
Redaksiya Al Akhbar-a istinadla xəbər verir ki, İsrail rəhbərliyi Türkiyəyə qarşı hərbi əməliyyatın ölkəyə "ağır bədəl" ödətdirə biləcəyindən ehtiyat edərək geri çəkilib. Mənbənin məlumatına görə, bu yanaşma rəsmi Tel-Əvivin regiondakı strateji hesablamalarını üzə çıxarır.
Analitiklər hesab edirlər ki, İsrailin bu qərarı bölgədə güc balansının dəyişməsinə və Ankara ilə münasibətlərin gələcək gedişatına ciddi təsir göstərə bilər.
