İsrailin Enerji və İnfrastruktur naziri Eli Kohen fırıldaqçılıq və etimadı pozmaq ittihamı ilə Lahav 433 bölməsində 12 saatdan çox dindirilib. Nazir bütün iddiaları rədd edərək, ona qarşı qurama bir tələ cəhdinin edildiyini bildirib.
Redaksiya İsrail mərkəzli Kanal 12-yə istinadla xəbər verir ki, Kohen ifadəsi zamanı günahsız olduğunu vurğulayıb və bu istintaqın siyasi motivli ola biləcəyini iddia edib. Nazir həmkarlarından və ictimaiyyətdən ədalətli araşdırmaya dəstək göstərməyi xahiş edib.
Məlumata görə, İsraildə aparılan istintaq uzun müddətdir davam edir və Kohenin fəaliyyətində vəzifədən sui-istifadə hallarının olub-olmaması araşdırılır. Rəsmi qurumlar isə təhqiqatın obyektiv aparıldığını bildirirlər.
