İsrail Baş naziri Trampın mövqeyini açıqlayıb

İsrail Baş naziri Trampın mövqeyini açıqlayıb

Sevinc Kərimova · Media ·

İsrailin Baş naziri Benyamin Netanyahu İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmalı olduğunu bildirib.

Redaksiya CBS-in “60 Minutes” proqramına istinadla xəbər verir ki, Netanyahu jurnalistin “İrandakı yüksək zənginləşdirilmiş uranın necə çıxarılmasını təsəvvür edirsiniz?” sualına “içəri girib onu götürürsən” cavabını verib.

Netanyahu ABŞ və ya İsrail xüsusi təyinatlılarının mümkün iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib və hərbi planlar barədə danışmayacağını bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da ona “ora (İrana) daxil olmaq istəyirəm” dediyini bildirib.

İsrail Baş naziri razılaşma əldə olunacağı halda uranın fiziki olaraq çıxarılmasının ən yaxşı yol olduğunu qeyd edib.

Netanyahu əlavə edib ki, İranla müharibə hələ bitməyib və zənginləşdirilmiş uran, nüvə obyektləri, raket proqramı və Tehranın dəstəklədiyi qüvvələr məsələsi həll olunmalıdır.