Israel Hayom: Türkiyə yeni İrandır

Israel Hayom: Türkiyə yeni İrandır

Sevinc Kərimova · Dünya ·

İsrailin “Israel Hayom” nəşri Türkiyənin nüvə fəaliyyətləri ilə bağlı iddialı bir məqalə dərc edib.

Redaksiya xəbər verir ki, məqalədə Türkiyənin bu il istifadəyə verməyi planlaşdırdığı Aralıq dənizi sahilindəki nüvə layihəsini sürətləndirdiyi bildirilir. Nəşr, Ankaranın müstəqil uran zənginləşdirmə məsələsində israrlı olmasının nüvə silahı inkişaf etdirməsinə yol aça biləcəyini qeyd edir.

Məqalədə Türkiyənin regional güc balansını dəyişə biləcək addımlar atdığı iddia olunur və bu prosesin beynəlxalq ictimaiyyətin diqqətindən yayınmaması vurğulanır.

Sevinc Kərimova