İspaniyanın keçmiş kralı Xuan Karlos uzun illərdən bəri gizli saxlanılan ailə faciəsi ilə bağlı ilk dəfə açıq danışıb. O, gənclik illərində qardaşını təsadüfən alnından vuraraq öldürdüyünü etiraf edib.
Redaksiya xəbər verir ki, hadisə 1956-cı ildə ailənin Estorildəki (Portuqaliya) iqamətgahında baş verib. Xuan Karlos həmin vaxt ov tüfəngi ilə ehtiyatsız davranışı nəticəsində qardaşı Don Alfonsunu vurub. İllərlə bu mövzunun üzərində sükut qorunmuş, kral ailəsi məlumatı ictimaiyyətə açıqlamaqdan çəkinmişdi.
Etiraf İspaniyada geniş müzakirələrə səbəb olub. Bir çox tarixçilər hesab edir ki, bu hadisə Xuan Karlosun sonrakı illərdə siyasi qərarlarında və şəxsi davranışlarında dərin psixoloji iz buraxıb. Bununla belə, kral ailəsi məsələ ilə bağlı əlavə şərh verməkdən yayınır.
