İspaniyada meşə yanğınlarında yeddi nəfər həlak olub

İspaniyada meşə yanğınlarında yeddi nəfər həlak olub

Sevinc Kərimova · Hadisə ·

İspaniyanın müxtəlif bölgələrində davam edən meşə yanğınları faciəyə səbəb olub.

Redaksiya xəbər verir ki, ölkə üzrə 14 ayrı nöqtədə baş verən yanğınlarda indiyədək 7 nəfər həyatını itirib. Rəsmi qurumların açıqlamasına görə, ümumilikdə 157 min hektar ərazi külə çevrilib.

Yanğınların qarşısının alınması üçün minlərlə yanğınsöndürən və hərbçi cəlb olunub. Hava şəraitinin küləkli və quraq keçməsi söndürmə işlərini xeyli çətinləşdirir. Hadisənin miqyası səbəbindən regionlarda fövqəladə vəziyyət elan olunması da istisna edilmir.

Sevinc Kərimova