İspaniyada izdiham Pedro Sançesin istefasını tələb edir

İspaniyada izdiham Pedro Sançesin istefasını tələb edir

Nizami Salmanov · Media ·

İspaniyanın paytaxtı Madriddə hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib.

Redaksiya xəbər verir ki, nümayişçilər Baş nazir Pedro Sançesin istefasını tələb ediblər.

Aksiyada iştirak edənlər hökumətin siyasətini tənqid edərək erkən seçki çağırışları səsləndiriblər.

Etirazlar İspaniyada siyasi qütbləşmənin və hökumətə qarşı narazılığın artdığı dövrə təsadüf edir.

Məlumata görə, polis şəhərin mərkəzində təhlükəsizlik tədbirlərini gücləndirib. Hələlik ciddi insident və saxlanılanlar barədə məlumat yoxdur.