İspaniyanın ali cinayət məhkəməsi yerli polad istehsalçısı SIDENOR barəsində İsrail hərbi sənaye şirkəti ilə əməkdaşlıq edərək soyqırıma şərik olmaqda ittiham olunan araşdırmaya start verib.
Redaksiya İspaniya yerli mətbuat agentliklərinə istinadən xəbər verir ki, araşdırma SIDENOR-un İsrailə silah sənayesində istifadə edilən polad məhsulları ixrac etməsi ilə bağlı iddialardan sonra başlanıb. İspan hüquq-mühafizə orqanları bu əməkdaşlığın Qəzzada törədilən hərbi cinayətlərə dolayı yolla dəstək ola biləcəyini araşdırır.
Məhkəmə mənbələri bildirir ki, əgər ittihamlar təsdiqlənərsə, şirkət beynəlxalq hüquq normalarına əsasən insanlığa qarşı cinayətlərə şəriklik maddəsi ilə məsuliyyət daşıya bilər. SIDENOR rəhbərliyi isə ittihamları rədd edərək, bütün ixracatlarının Avropa İttifaqı qanunvericiliyinə uyğun həyata keçirildiyini bəyan edib.
