İspaniya hakimiyyəti MV Hondius kruiz gəmisindəki hantavirus yoluxmaları ilə əlaqədar karantin tədbirlərinə başlayıb.
Redaksiya Reuters, El País və AP-yə istinadla xəbər verir ki, gəmidə olan 14 İspaniya vətəndaşının Madridə aparılaraq xüsusi tibbi nəzarət altında saxlanılması planlaşdırılır.
Məlumata görə, Madrid məhkəməsi hökumətin müraciəti əsasında həmin şəxslər üçün məcburi karantin tədbirini təsdiqləyib. Karantinin ilkin olaraq 7 gün davam edəcəyi, zərurət yaranarsa müddətin uzadıla biləcəyi bildirilib.
Sərnişinlərin Madrid şəhərində yerləşən Gomez Ulla hərbi hospitalında ayrıca otaqlarda saxlanılacağı, PCR testlərindən keçiriləcəyi və gündəlik tibbi monitorinq aparılacağı qeyd olunur.
İspaniya Səhiyyə Nazirliyi ümumi ictimai riskin aşağı olduğunu bildirsə də, Andes hantavirus ştammının nadir hallarda insanlar arasında ötürülə bilməsi səbəbilə ehtiyat tədbirlərinin gücləndirildiyini açıqlayıb.
