Dünən İspaniya, Fransa və Portuqaliya ərazisində genişmiqyaslı elektrik kəsintiləri baş verib. Elektrik enerjisinin dayanması xüsusilə nəqliyyat sistemlərində ciddi çətinliklər yaradıb. İspaniyanın paytaxtı Madriddə işıqforların işləməməsi nəticəsində şəhər nəqliyyatında xaos yaşanıb.
Redaksiya yerli mətbuatlara əsasən xəbər verir ki, hadisədən sonra İspaniya, Fransa və Portuqaliyada metro xətləri dayandırılıb və sərnişinlər təxliyə edilib. Portuqaliyanın paytaxtı Lissabonda da metro fəaliyyəti tamamilə dayandırılıb.
Portuqaliya Milli Elektrik Şirkəti REN-in açıqlamasına görə, kəsintilərə nadir rast gəlinən atmosfer hadisəsi səbəb olub. Qurumun məlumatına əsasən, elektrik şəbəkəsinin tam bərpası bir həftəyə qədər vaxt apara bilər.
Portuqaliyanın Baş naziri Pedro Sançes bildirib ki, baş verən elektrik kəsintilərinin arxasında hər hansı bir kiberhücum izinə rast gəlinməyib. REN əlavə edib ki, ölkə üzrə 17 saat davam edən kəsintidən sonra bütün trafolara yenidən enerji verilib.
İspaniya Baş naziri Pedro Sançes də vəziyyətlə bağlı açıqlama verib. O qeyd edib ki, dünən ölkə ərazisinin 60 faizində cəmi 5 saniyə ərzində elektrik sistemi çöküb.
Hazırda bölgələrdə bərpa işləri davam edir və elektrik sistemlərinin tam normallaşması üçün intensiv tədbirlər görülür.
Sevinc Kərimova
