İslam bankçılığı sisteminin tətbiqi potensial olaraq bank sektorunun müştəri bazasını genişləndirmək baxımından əhəmiyyətli rol oynayacağı gözlənilir. Xüsusilə dini inanclarına görə faiz əsaslı ənənəvi bank məhsullarından istifadə etməyən əhali qrupları üçün şəriətə uyğun maliyyə alətləri alternativ imkan yaradır.
Bu fikirləri Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə “Banklar və Biznes qəzeti”nə verdiyi müsahibə bildirib.
Onun sözlərinə görə, depozit bazasının diversifikasiyasına təsiri isə yeni müştəri qruplarının cəlb olunması nəticəsində ümumi depozit bazasının genişlənməsinə gətirib çıxaracaqdır. Həmçinin, depozitlərin strukturunda şaxələnmə yaranaraq yalnız ənənəvi faiz əsaslı məhsullardan deyil, mənfəət və risk bölüşdürülməsi prinsiplərinə əsaslanan alternativ maliyyə alətləri hesabına vəsaitlərin cəlbi təmin edilməsi də mümkün olacaqdır. Eyni zamanda qeyd edək ki, İslam bankçılığı alətlərinin tətbiqi xarici investisiya axınlarını da stimullaşdıra bilər, xüsusilə İslam maliyyə bazarlarında aktiv olan investorlar üçün yeni imkanlar formalaşdıracaqdır.

İslam bankçılığı alətlərinin tətbiqi xarici investisiya axınlarını da stimullaşdıra bilər
Aytac Dəniz · Maliyyə ·