İranın Zahidan şəhərində məhkəmə binasına terror hücumu – ölən və yaralananlar var

İranın Zahidan şəhərində məhkəmə binasına terror hücumu – ölən və yaralananlar var

Sevinc Kərimova · Kriminal ·

İranın cənub-şərqində yerləşən Zahidan şəhərində bu gün terror hücumu baş verib. Hədəf bölgədəki məhkəmə binası olub.

Redaksiya xəbər verir ki, hücum nəticəsində azı 5 nəfər həlak olub, 14 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisə barədə məlumatı İranın Mehr News agentliyi yayıb.

Zahidan şəhəri Sistan və Bəlucistan əyalətində yerləşir və bu bölgədə son illərdə silahlı insidentlər və separatçı hücumlar tez-tez baş verir. Təhlükəsizlik qüvvələri ərazidə əməliyyat rejiminə keçib və istintaq davam edir.

Sevinc Kərimova