"Al Arabiya" telekanalının yaydığı məlumata görə, "Maxar" şirkətinin yeni peyk görüntüləri İranın Fordo nüvə obyektində fəaliyyətin bərpa olunduğunu göstərir.
Redaksiya xəbər verir ki, görüntülərdə obyekt ətrafında hərəkətlilik və infrastrukturun bərpası müşahidə olunur. Bildirilir ki, ABŞ və İsrailin son hücumları nəticəsində obyektin müəyyən hissələri zərər görsə də, tamamilə sıradan çıxarılmayıb.
Fordo yerin dərin qatında yerləşən və yüksək səviyyədə mühafizə olunan nüvə obyektlərindən biridir. ABŞ və İsrail rəsmiləri İranın burada uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirməsinin region üçün ciddi təhlükə yaratdığını bildirir. İran isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını iddia edir.
Sevinc Kərimova
