İran Xəzər marşrutu ilə blokadanı yarır

İran Xəzər marşrutu ilə blokadanı yarır

Fərid Əlizadə · Media ·

İran ABŞ-ın dəniz blokadası fonunda Xəzər dənizi üzərindən alternativ ticarət marşrutlarını fəal şəkildə genişləndirir.

Redaksiya “The New York Times”a istinadla xəbər verir ki, Vaşinqtonun Xəzər dənizinə hərbi-dəniz komponenti yerləşdirə bilməməsi bu marşrutu Tehran üçün mühüm təchizat xəttinə çevirib.

Məlumata görə, İran Xəzər üzərindən buğda, qarğıdalı, günəbaxan yağı və heyvan yemi kimi vacib ərzaq məhsulları idxal edir.

NYT yazır ki, Tehran bu su yolu vasitəsilə bəzi dron komponentlərini də ölkəyə gətirir.

İranın Xəzər vasitəsilə aldığı malların böyük hissəsi Rusiyadan gəlir. Bildirilir ki, İranın illik təxminən 2 milyon ton Rusiya buğdası idxalının mühüm hissəsi hazırda bu marşrutla həyata keçirilir.

ABŞ və İsrail İranın Xəzər sahilindəki limanlarını dənizdən blokadaya ala bilmədiyi üçün bu təchizat xəttini tam kəsmək Vaşinqton və Tel-Əviv üçün çətinləşir.

Məlumata görə, İranın Xəzər limanları fasiləsiz rejimdə işləyir və Tehran ABŞ blokadasından yan keçən alternativ ticarət yollarını gücləndirməyə çalışır.