İran ətrafında artan regional gərginlik hava nəqliyyatına da müəyyən təsirlər göstərib. Redaksiyanın əldə etdiyi məlumata görə, AZAL-ın bu gün Naxçıvan istiqamətindəki reyslərində təxminən 2 saatlıq gecikmələr müşahidə olunub. Gecikmələrə baxmayaraq, hazırda bütün uçuşlar problemsiz şəkildə davam edir.
Redaksiya xəbər verir ki, İran üzərindən uçuş həyata keçirən bir sıra beynəlxalq hava yolları şirkətləri təhlükəsizlik məqsədilə marşrutlarını dəyişib. Bəzi təyyarələr Heydər Əliyev Hava Limanına məcburi eniş edib, digərləri isə alternativ hava dəhlizləri seçərək uçuşlarını davam etdiriblər.
Hazırda Azərbaycan ərazisində hava nəqliyyatında geniş miqyaslı pozuntu qeydə alınmayıb. Müvafiq qurumlar vəziyyəti izləməkdə davam edir.
Sevinc Kərimova
