İran rəsmiləri: Bizimlə müharibə odla oynamaqdır, geridə yalnız kül qalacaq

İran rəsmiləri: Bizimlə müharibə odla oynamaqdır, geridə yalnız kül qalacaq

Sevinc Kərimova · Dünya ·

İranın ali dini lideri Əli Xomeyninin müşaviri Əli Şəmhani və xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailə qarşı sərt bəyanatlarla çıxış ediblər. Onlar İranın mövqeyinin dəyişməz olduğunu və təzyiqlərə boyun əyməyəcəklərini açıqlayıblar.

Redaksiya xəbər verir ki, müşavir Əli Şəmhani bu sözlərlə çıxış edib: “Düşmən bilməlidir ki, bizimlə müharibə odla oynamaqdır və bu oyun geridə yalnız kül buraxacaq. Şəhidlərimizin sancaq və idealları isə heç vaxt yerə düşməyəcək.” O, İranın qətiyyətinin pozula bilməyəcəyini vurğulayıb.

Xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-ın Tehranla danışıqlara başlamaq istədiyini təsdiqləyib, lakin bu təklifin İran tərəfindən rədd edildiyini bildirib. “ABŞ bizdən müzakirə tələb etdi, lakin biz bu təklifi rədd etdik. İsrailin hücumları dayanmadan heç bir masa arxasına oturmayacağıq,” – deyə Əraqçi qeyd edib.

Sevinc Kərimova