Hörmüz boğazında yerləşən ABŞ hərbi gəmisinə doğru İran tərəfindən raketlərin buraxıldığı iddia olunur.
Redaksiya xəbər verir ki, bu barədə adı açıqlanmayan məlumatlı rəsmi şəxs açıqlama verib.
Mənbənin sözlərinə görə, raketlər ABŞ-ın bölgədə fəaliyyət göstərən hərbi gəmisini hədəf alıb. Hadisənin detalları, eləcə də mümkün nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.
İran və ABŞ rəsmiləri məsələ ilə bağlı rəsmi bəyanat verməyiblər. Son günlər Hörmüz boğazında hərbi gərginliyin artdığı müşahidə olunur.
