İran prezidentindən Karlsona yeni açıqlamalar – VİDEO

İran prezidentindən Karlsona yeni açıqlamalar – VİDEO

Sevinc Kərimova · Dünya ·

İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində ölkəsinin siyasəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Redaksiya xəbər verir ki, Pezeşkian İranın son 200 ildə heç bir ölkəni işğal etmədiyini bildirib: “Biz ‘Amerikaya ölüm’ şüarını səsləndirdikdə, burada xalqın və ya rəsmi şəxslərin fiziki ölümünü nəzərdə tutmuruq.”

İran prezidenti əlavə edib: “İndiyə qədər bir iranlının bir amerikalını qətlə yetirdiyini eşitmisinizmi?

Pezeşkianın bu açıqlamaları İranın Qərb ilə münasibətləri və ölkənin beynəlxalq imici ilə bağlı müzakirələrə səbəb olub.

Sevinc Kərimova