İran Parlamenti sədri bəyan edib ki, ölkəsi İsraillə baş verə biləcək növbəti müharibəyə tam hazırdır.
Redaksiya xəbər verir ki, parlament rəhbəri çıxışında bu mövqenin İranın rəsmi iradəsini əks etdirdiyini, lazım gələrsə, bütün imkanların səfərbər olunacağını vurğulayıb.
Onun sözlərinə görə, İranın müdafiə gücü və strateji hədəfləri regionda sabitliyi qorumaqla yanaşı, “işğal rejiminin” mümkün təxribatlarına qarşı dayanıqlı cavab vermək üçün nəzərdə tutulub.
Sevinc Kərimova
