ABŞ-ın sabiq prezidenti Donald Trampın İran rejimini dəyişməyə çağırmasından dərhal sonra İran parlamenti təcili cavab addımı atıb.
Redaksiya xəbər verir ki, İran İslam Şurası Məclisi bu gün keçirilən fövqəladə iclasda ABŞ-ın nüvə obyektlərinə hücumuna və Trampın "rejim dəyişməlidir" çağırışına cavab olaraq rəsmi qərar qəbul edib. Qərarda ABŞ-ın hərbi və strateji obyektlərinə qarşı qarşılıq tədbirlərinin hazırlanması tapşırılıb.
Parlament üzvləri bu çağırışı İranın suverenliyinə birbaşa təhdid kimi qiymətləndirib. Deputatlar həmçinin bəyan ediblər ki, İranın özünü müdafiə haqqı beynəlxalq hüquqla qorunur və ölkənin milli təhlükəsizliyi üçün bütün ssenarilər masadadır.
Xatırladaq ki, Tramp bir neçə saat əvvəl Truth Social platformasında yazaraq İran rejiminin “İranı yenidən qüdrətli etmə” bacarığı olmadığını bildirmiş və bu səbəbdən “rejim dəyişikliyinin” zəruri olduğunu vurğulamışdı.
Sevinc Kərimova
