İran parlamenti Hörmüz boğazının bağlanmasına rəsmən İCAZƏ VERDİ

İran parlamenti Hörmüz boğazının bağlanmasına rəsmən İCAZƏ VERDİ

Fərid Əlizadə · İqtisadiyyat ·

İran parlamenti, ABŞ və İsrailin hücumlarına cavab olaraq strateji əhəmiyyətə malik Hörmüz boğazının bağlanmasına rəsmi icazə verib.

Redaksiya xəbər verir ki, Hörmüz boğazı dünya enerji ticarəti üçün həyati əhəmiyyət daşıyan keçid nöqtəsidir. Gün ərzində təxminən 17–20 milyon barel neft bu boğazdan keçir ki, bu da qlobal gündəlik neft istehlakının təxminən 20 faizinə bərabərdir.

Səudiyyə Ərəbistanı, İran, İraq, KüveytBirləşmiş Ərəb Əmirlikləri kimi böyük neft ixracatçısı ölkələrin enerji məhsulları əsasən bu boğaz vasitəsilə daşınır. İranın bu qərarı bölgədə gərginliyi artırmaqla yanaşı, beynəlxalq enerji bazarlarında ciddi dalğalanmalara yol aça bilər.

Ekspertlər neft qiymətinin 150 ABŞ dollarından yuxarı qalxacağına, tədarük zəncirlərinin qırılacağına və bu addımın beynəlxalq qida fəlakətini tətikləyəcəyinə işarə edirlər.

Fərid Əlizadə